Rusiyadan Azərbaycana yeni aviareys açılır

Rusiyadan Azərbaycana yeni aviareys açılır
# 16 sentyabr 2013 14:07 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiyanın Ufa şəhərindən Azərbaycanın Gəncə şəhərinə birbaşa aviareys açılacaq. APA-nın «ATN» saytına istinadən verdiyi məlumata görə, bu marşrutla ilk uçuş sentyabrın 23-də yerinə yetiriləcək. Reyslər həftədə 1 dəfə «CRJ-200» tipli təyyarə ilə həyata keçiriləcək.


Ufa Beynəlxalq Hava Limanının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Muxametşinin sözlərinə görə, reysi «Yamal» aviaşirkəti yerinə yetirəcək. Şöbə müdiri əlavə edib ki, bu, təkcə Ufa üçün deyil, həmçinin bütün Volqayanı region üçün yeni bir istiqamət olacaq. Bu günə qədər Gəncəyə yalnız Moskvadan istifadə edərək gəlmək mümkün olub.

T.Muxametşin əlavə edib ki, Azərbaycanın ikinci iri şəhərinə birbaşa aviareysin açılmasının iqtisadi üstünlükləri də var.

Qeyd edək ki, bu marşrutla bir istiqamətdə aviabiletin qiyməti 9 000 rubl (218 manat) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR