“Müsəlman Qardaşları”nın Küveytdən olan nümayəndəsi: “Azərbaycanın istənilən vasitələrlə torpaqlarını azad etmək hüququ var”

“Müsəlman Qardaşları”nın Küveytdən olan nümayəndəsi: “Azərbaycanın istənilən vasitələrlə torpaqlarını azad etmək hüququ var”
# 07 noyabr 2013 09:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycanın istənilən vasitələrlə işğal edilmiş torpaqlarını azad etməyə hüququ var”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Müsəlman Qardaşları” təşkilatının Küveytdən olan nümayəndəsi Tarik əl-Suvaydan deyib.

Onun sözlərinə görə, Ermənistan özünün işğalçı siyasətindən imtina etməli və beynəlxalq ictimaiyyət bu ölkəyə təzyiq göstərməlidir: “Təbii ki, bu münaqişənin həllində ən münasib yolu sülh danışıqlarıdır. Lakin onlar nəticə vermirsə, o zaman Azərbaycan istənilən əlçatan vasitələrlə öz torpaqlarını azad etməyə tam hüquqa malikdir. Azərbaycan güc tətbiq etmək lazım olsa belə, torpaqlarını azad etməlidir. Bu, Küveyt dövlətinin deyil, “Müsəlman qardaşları” təşkilatının fikridir. Biz təcavüzə, terrora qarşıyıq. İnsanlar zülmə məruz qalırlarsa, o zaman buna qarşı çıxırıq. Eyni nöqteyi-nəzərdən biz Fələstin xalqının öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində atdığı addımları da dəstəkləyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR