Cəlilabadda yol qəzasında 1 nəfər yaralanıb - FOTO - VİDEO

Cəlilabadda yol qəzasında 1 nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 aprel 2014 11:07 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 12-də saat 12.00 radələrində Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Pərviz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı, 56 BC 627 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşısı tərəfdən gələn Cəlilabad rayon sakini Məhəmməd Mirzəyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə “Mercedes”in sərnişini Pərvanə Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi qəzanın “Mercedes”in sürücüsünün qarşıdan gələn avtomobili nəzərə almadan yolda dönmə əməliyyatını düzgün yerinə yetirməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR