İranda növbəti zəlzələ baş verib

İranda növbəti zəlzələ baş verib
# 28 aprel 2013 19:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Bu gün İranda növbəti zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutunun Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakət İranın Hörmüzqan vilayətində yerli vaxtla saat 16:41-də baş verib.

Məlumata görə, 4.7 bal gücündə olan zəlzələnin episentri Hörmüzqan vilayətinin Bəndər Çark şəhəri olub. Yerin 15 kilometr dərinliyində baş verən təbii fəlakət nəticəsində dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.

Zəlzələ Bəndər Çarkdan 14 km, Jenahdan 20 km, Kiş adasından 39 km və Tehrandan 1019 km uzaqlıqda baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR