Masallı rayon sakinindən 80000 ədəd siqaret aşkar edilərək götürülüb

Masallı rayon sakinindən 80000 ədəd siqaret aşkar edilərək götürülüb
# 05 iyul 2016 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Ecinomics. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma, satış məqsədi ilə saxlama, eyni zamanda Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən müxtəlif markalı siqaretləri Azərbaycanda realizə edən Masallı rayon sakini barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi “VAZ-21063” markalı minik avtomobilindən 80 000 ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR