Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxsə hökm oxunub
# 30 aprel 2015 11:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən Vahid Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Nuriyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı V. Nuriyev saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqram marixuana aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR