Azərbaycandakı məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək

Azərbaycandakı məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək
# 19 dekabr 2014 11:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərindən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı zamanı deyib ki, həmin məktəbə bu günün tələblərinə cavan verən yeni modulun və proqramın tətbiqi üçün poliqon kimi baxılmalıdır.

Onun sözlərinə görə, ümumi təhsil sistemində interaktiv elmi biliklərin tətbiqinə yol açılacağına ümid edir: “Bugünkü dünya rəqabət dünyasıdır. Bizim uşaqların rəqibləri hazırda dünyanın müxtəlif ölkələrində böyüyür. Elmi potensialın qorunub saxlanması, gənc elmi kadrların hazırlanması qarşımızda duran ən vacib məsələlərdəndir. Təhsilsiz elmi, elmsiz təhsili təsəvvür etmək mümkün deyil. Ali təhsildə istedadlı gənclərin potensialının inkişafı, elm, təhsil, müasir texnologiyalara bağlılığı təmin etmək məqsədilə təhsildə ali məktəblərdə “SABAH” qrupları yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR