Almaniya və Çexiya İraqa yardım göndərən ölkələrin sırasına qoşulub

Almaniya və Çexiya İraqa yardım göndərən ölkələrin sırasına qoşulub
# 15 avqust 2014 15:25 (UTC +04:00)

Bakı – APA. Almaniya İraqın şimalına yardım göndərib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın müdafiə naziri Ursula von der Leyen deyib. O bildirib ki, bu gün lazımi dərmanlar, ərzaq və yataq dəstləri daşıyan ilk təyyarə Almaniyadan Ərbilə yola salınıb: “Hərbi texnikanın göndərilməsi məsələsi müzakirə olunur. Təbii ki, bu, hələ başlanğıcdır və lazımi yardımların göndərilməsi davam edəcək”.

Von der Leyen qeyd edib ki, hazırda İraq ordusu keçmiş SSRİ istehsalı olan silahlardan istifadə edir və yenə bu cür silahların göndərilməsini istəyir: “Ancaq Almaniyanın İraqa göndərmək üçün belə silah sistemi yoxdur”.

Çexiya Respublikası da İraqa hərbi yardım göndərən ölkələr sırasına qoşulacağını açıqlayıb. Çexiya Xarici İşlər Nazirliyindən bildirilib ki, avqustun sonunda Şimali İraqa hərbi yardım göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR