Azərbaycanda 3784 HİV virusuna yoluxmuş xəstə qeydiyyatdadır - FOTO

Azərbaycanda 3784 HİV virusuna yoluxmuş xəstə qeydiyyatdadır - <span style="color: red;">FOTO
# 30 aprel 2013 10:45 (UTC +04:00)

APA-nın məlumatına görə, giriş nitqi ilə çıxış edən AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şirinov bildirilib ki, Azərbaycanda HİV-ə yoluxanlar dövlətdən mütəmadi olaraq dərman və ləvazimatlarla təmin olunurlar.


N. Şirinov qeyd edib ki, “HİV epidemiyasının qarşısının alınmasındakı xidmətlərinə görə” səhiyyə naziri Oqtay Şirəliyev mükafata layiq görülüb. O, bu mükafatın Azərbaycanda ilk dəfə təqdim olunduğunu da söyləyib.

AİDS-lə Mübarizə İctimai Birliyinin nümayəndəsi Ehtiram Paşayev “Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri HİV-lə yaşayan insanların şəbəkəsinin regional strategiya”nın təqdimatı zamanı bildirib ki, HİV-li xəstələrin icmasını yaratmaq, xəstəliklə mübarizəyə yeni təkan verə bilər: “HİV-li xəstələrin müalicəsi fasiləsiz etdirilsin və onların keyfiyyətli müalicəyə çıxışı genişləndirilsin. HİV-lə yaşayan insanlar üçün sosial və xidmət proqramlarının dövlət tərəfindən maliyyələşməsinin təmin olunmasına çalışırıq. İstəyirik ki, profilaktik proqramlar dövlət tərəfindən maliyyələşməyə başlanılsın. 2015-ci ildə bu proqramların maliyyələşməsini dövlət tam öz üzərinə götürsün”.

“Regionda və Azərbaycanda HİV,AİDS-lə bağlı vəziyyət”ə dair məruzə ilə isə UNAİDS Azərbaycan ofisinin rəhbəri Cəmilə Cərrahova çıxış edib.

Yığıncaqda o da bildirilib ki, Respublika AİDS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınan xəstələrin 62,8 faizi inneksiya yolu ilə yoluxmuş narkotik istifadəçiləridir. 2013-cü il yanvarın 1-nə olan rəsmi məlumata görə, ölkədə HİV virusuna yoluxan 3784 nəfər rəsmi qeydiyyata alınıb. Azərbaycanda HİV-lə yoluxma halı ilk dəfə rəsmi olaraq, 1987-ci ildə qeydə alınmasına baxmayaraq, HİV-li xəstələrin 90 faizi dövlət tərəfindən son 10 ildə qeydiyyata götürülüb. HİV-ə yoluxan uşaqların sayı da proporsional olaraq artır və hazırda 55 nəfərdir.

Sonda səhiyyə naziri Oqtay Şirəliyevin layiq görüldüyü “Dəstəyə görə Təşəkkür” mükafatı Səhiyyə Nazirliyinin nümayəndəsinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR