AMB rəhbəri: Dünya məzənnə müharibəsi riski ilə üzləşib

AMB rəhbəri: Dünya məzənnə müharibəsi riski ilə üzləşib
# 29 iyun 2016 10:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra dünya məzənnə müharibəsi riski ilə üzləşib.


"APA-Economics" "Telegraph" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi (Mario Draghi) deyib.


Onun sözlərinə görə, məzənnə müharibəsi riskinin yaranmasına səbəb hər bir ölkə iqtisadiyyatının öz milli valyutasının devalvasiya etməklə iqtisadi artıma nail olmaq istəyidir. "İqtisadiyyatlar arasında məzənnə devalvasiyası rəqabətinin qarşısını almaq üçün dünya mərkəzi banklarının rəhbərlərini öz cəhdlərini birləşdirməlidir. Bu cür devalvasiyalar qlobal iqtisadiyyat üçün yalnız itkidir", - deyə M. Draqi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR