Minik avtomobili benzin daşıyan yük maşını ilə toqquşub, sürücünün vəziyyəti ağırdır

Minik avtomobili benzin daşıyan yük maşını ilə toqquşub, sürücünün vəziyyəti ağırdır
# 10 iyul 2016 14:05 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax magistralından Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

Rayonun Muxtariyyə kənd sakini 1976-cı il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi “VAZ 2107” ilə benzin daşıyan yük maşını toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü ağır xəsarət alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR