Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
# 02 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economcis. Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə hər iki tərəfdən sənaye, kənd-təsərrüfatı, logistika, tikinti və əczaçılıq sahəsində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın qazandığı iqtisadi uğurlar barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayıb. Rüfət Məmmədov Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edərək rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Sankt-Peterburq hökumətinin Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin rəhbəri Elgiz Kaçayevin "Sankt - Peterburq və Azərbaycan: kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq", İnvestisiyalar Komitəsinin sədri İrina Babyukun "Sankt-Peterburqun investisiya potensialı", Sənaye və innovasiyalar üzrə komitənin sədri Maksim Meyksin "Sankt-Peterburqun sənaye və innovasiya potensialı" mövzusunda məruzələri dinlənilib.

AZPROMO-nun departament müdiri Zaur Qardaşov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR