Bank Of Baku

Ər-Riyad hava limanına hücum zamanı Hindistan vətəndaşı ölüb - YENİLƏNİB

Ər-Riyad hava limanına hücum zamanı Hindistan vətəndaşı ölüb - YENİLƏNİB
# 11 oktyabr 2026 23:08 (UTC +04:00)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum nəticəsində yaralanan Hindistan vətəndaşlarından biri həyatını itirib.

APA xəbər verir ki, bu barədə Hindistanın Səudiyyə Ərəbistanındakı səfirliyi məlumat yayıb.

“Həlak olan şəxsin ailəsinə başsağlığı veririk və onun nəşinin vətənə qaytarılması üçün bütün zəruri yardımı göstərəcəyik”, – diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.

Məlumata görə, Ər-Riyad hava limanına hücum nəticəsində ümumilikdə 11 Hindistan vətəndaşı xəsarət alıb.

***
21;23

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış səsləri eşidilib.

Bu barədə AFP agentliyi məlumat yayıb.

Agentlik ilkin məlumatında partlayışın səbəbləri və mümkün fəsadları barədə təfərrüat açıqlamayıb.

Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının rəsmi nümayəndəsi Turki əl-Maliki bildirib ki, Ər-Riyad hava limanının sərnişin terminalına naməlum mərmi düşüb və nəticədə yanğın baş verib.

AFP-nin paytaxt bölgəsində partlayışlarla bağlı ilk məlumatından təxminən iki saat sonra agentlik yeni partlayışlar seriyasının qeydə alındığını xəbər verib.

Lakin sonuncu partlayışların başvermə şəraiti və mümkün nəticələri barədə də əlavə məlumat təqdim edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR