Bakı Şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqində 400 nəfər iştirak edib - YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqində 400 nəfər iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 30 may 2015 14:09 (UTC +04:00)

Bakı – APA. Milli Şuranın Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə 400 nəfər iştirak edib.

APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, saat 15.30-dan 16.30-dək davam edən mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

*** 16.40

Bakı. Etibar Məmmədov – APA. Milli Şuranın bu gün keçirilən mitinqi başa çatıb.

APA-nın məlumatına görə, mitinq vaxtından yarım saat gec başlayıb və yarım saat tez bitib.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Rahim Hacıyev və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

Mitinq qətnamənin oxunması ilə başa çatıb.

*** 15.29

Bakı. Etibar Məmmədov - APA. Milli Şura Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda mitinq keçirir.

APA-nın məlumatına görə, mitinq Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb.

Aksiyada Müsavat, ADP, KXCP və digər müxalif partiyalar iştirak etmir.

Mitinq elan olunduğundan yarım saat gec başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR