Azərbaycanda daha bir bank elektron arayış əsasında kreditlərin verilməsinə başlayır

Azərbaycanda daha bir bank elektron arayış əsasında kreditlərin verilməsinə başlayır
# 04 dekabr 2014 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən istifadə edən bankların sırasına yenisi qoşulub.

“Bank Respublika”dan “APA-Economics”ə verilən məlumata görə, artıq bankın müştəriləri də “Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətindən istifadə edə biləcəklər.

Xidmətdən yararlanmaq üçün müştəri “Elektron hökumət”in internet səhifəsində (www.e-gov.az) “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətinə daxil olub, arayışı yaradaraq “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Bank Respublika”nı seçməklə arayışı onlayn rejimdə banka göndərməlidir. Həmçinin, vətəndaşlar bankın baş ofisində quraşdırılmış kompüterlər vasitəsilə də “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR