Şəki sakini sirkə turşusundan zəhərlənib

Şəki sakini sirkə turşusundan zəhərlənib
# 03 iyul 2016 19:09 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib.


Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 3-ü saat 17 radələrində Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Fidan Mübariz qızı İlyaszadə güclü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.


Xəstəxanada F. İlyaszadəyə ilkin tibbi yardım göstərildikdən sonra o, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR