Oqtay Əsədov: “Dağlıq Qarabağ ermənilərinə qaçqın statusu versək, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr”

Oqtay Əsədov: “Dağlıq Qarabağ ermənilərinə qaçqın statusu versək, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr”
# 03 aprel 2015 09:58 (UTC +04:00)

APA-nın məlumatına görə, Zahid Oruc bildirib ki, erməni hərbçisi Andranik Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi və söylədikləri bu addımı atmağı zəruri edir: “Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik və bu, çox effektiv olacaq. Biz ağ bayraq qaldıran erməniləri qəbul etməyə nə qədər hazır olduğumuzu nəzərdən keçirməliyik. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır”.

Deputat İqbal Ağazadə isə deyib ki, Qarabağ ermənilərinə Azərbaycan pasportu verilməlidir, çünki onlar Azərbaycan torpaqlarında andan olublar: “Həmin ermənilərin Azərbaycan tərəfindən bağışlanması üçün aidiyyəti orqanlar qərar qəbul etməlidir. Ən yaxşı addım Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilməsi olar”.

O. Əsədov İ. Ağazadənin təklifini yaxşı fikir sayıb, lakin qeyd edib ki, qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz, hamısı Azərbaycana gələr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR