Daşkəsəndə “KamAZ” dərəyə aşıb, sürücü xəsarət alıb

Daşkəsəndə “KamAZ” dərəyə aşıb, sürücü xəsarət alıb
# 26 iyun 2016 08:19 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə “KamAZ” markalı yük avtomobili aşıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Daşkəsən şəhərinin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Şəqaiq Süleymanov idarə etdiyi “KamAZ”-la qum daşıyan zaman avtomobil idarəetmədən çıxıb və maşın yolun kənarında olan dərəyə aşıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alıb. O əvvəlcə Daşkəsən Mərkəzi rayon xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

“KamAZ” rayonda su çəkilişi ilə məşğul olan şirkətə məxsus olub və o qum daşıyırmış.

Faktla bağlı daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR