Qaxda ferma yanıb

Qaxda ferma yanıb
# 11 iyul 2016 05:01 (UTC +04:00)

Bakı-APA. Qaxda yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 1760 kv.m olan fermanın çardağının yanar konstruksiyaları 300 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlaması yanıb.


Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR