İcraçı direktor: "Servis mərkəzlərinin ƏDV ödəməsi müəyyən konflikt yaradır"

İcraçı direktor: "Servis mərkəzlərinin ƏDV ödəməsi müəyyən konflikt yaradır"
# 24 iyun 2016 11:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Audatex-Azərbaycan” şirkəti sığorta bazarında vahid metodologiya proqramını hazırlayıb və Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərib.

APA-Economics” xəbər verir ki, bunu “Audatex-Azərbaycan” şirkətinin icraçı direktoru Zakir Kərimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda sığorta sahəsində tələb standartlaşması istənilən səviyyədə deyil. “Düşünürük ki, Azərbaycanda tələblərin tənzimlənməsi sahəsi yaranmalıdır. Vahid metodologiya olmalıdır. Bu metodologiya sığorta bazarının bütün iştirakçılarına aid olmalıdır”.

İcraçı direktor Azərbaycan sığorta bazarındakı problemlərdən də danışıb. “Azərbaycanda sığortaçılar ƏDV ödəmirlər. Servis mərkəzləri isə 18%-lik ƏDV ödəyirlər. Nəticədə nəqliyyat vasitəsinə dəymiş zərərin hesablanması zamanı müəyyən konflikt yaranır. Buna görə də sığortaçılar əlavə xərc ödəməmək üçün nağd şəkildə müştəriyə ödəniş edirlər. Müştərilər isə rəsmi servislərdən deyil, ucuz servislərdən istifadə edərək onlara ödənilmiş məbləğlə avtomobillərini təmir etdirirlər. Bu halda biz İcbari Sığorta Bürosu ilə əməkdaşlıq edə bilmirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR