Avro Azərbaycan manatına qarşı bahalaşıb

Avro Azərbaycan manatına qarşı bahalaşıb
# 06 avqust 2015 06:33 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün avqustun 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% azalaraq 1,0497 manata düşüb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0047 manat və ya 0,41% artaraq 1,1452 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR