İran Bakı-Ənzəli gəmi reysinin bərpasında maraqlıdır

İran Bakı-Ənzəli gəmi reysinin bərpasında maraqlıdır
# 22 sentyabr 2014 07:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İran Azərbaycanla əlaqələrini genişləndirmək üçün Bakı-Ənzəli gəmi reysinin təkrar işə salınmasında maraqlıdır.

APA-Economics”in İranın “Farsnews” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ənzəli azad ticarət-sənaye zonasının rəhbəri Rza Mansur deyib.

O, bildirib ki, bu reysin bərpası İran və Azərbaycanın müxtəlif sahələrdə, habelə turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinə səbəb olacaq.

R. Mansur, həmçinin azərbaycanlı iş adamlarını Ənzəli azad ticarəti-sənaye zonasına sərmayə qoymağa dəvət edib. O bildirib ki, bu zonaya sərmayə yatıran sahibkarlara güzəştli vergi sistemi tətbiq olunacaq: “İstehsal müəssisəsinin qurulması üçün gətirilən xammal və texnikaya görə heç bir vergi alınmayacaq və sərmayə sahibləri istədikləri vaxt pul vəsaitlərini zonadan çıxara biləcəklər”.

O bildirib ki, Ənzəlinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycanın iqtisadi potensialını öyrənmək məqsədilə noyabr ayında Bakıya səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR