Respublika çaylarında mövcud vəziyyət açıqlanıb

Respublika çaylarında mövcud vəziyyət açıqlanıb
# 15 avqust 2014 12:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 2, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR