Azərbaycandan Gürcüstana yanacaq ixracı artıb

Azərbaycandan Gürcüstana yanacaq ixracı artıb
# 21 may 2015 10:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 127 493,2 min dollar dəyərində 608 530,2 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından da 3,7% azalıb.

Bu ilin dörd ayında Gürcüstan Azərbaycandan 42 089,8 min dollar dəyərində 83 573,5 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,1% çoxdur. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 19,6% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 63,5%-i yanacaq qazı və digər qazlar, 21%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 199 976,6 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 5,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR