Qazaxıstanda Azərbaycan diasporunun üzvü təltif edilib - FOTO

Qazaxıstanda Azərbaycan diasporunun üzvü təltif edilib - <span style="color: red;">FOTO
# 08 may 2015 13:17 (UTC +04:00)

Bakı-APA. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə Heyətinin üzvü, Altın Orda universal ticarət kompleksinin baş inzibatçısı Şahverdi Ağadadaş oğlu Babayev "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumatda onun ölkədə sosial inkişafın gücləndirilməsi, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə təltif edildiyi bildirilib.

Qeyd olunub ki, “Qazaxıstan Xalqları Assambleyası” 1995-ci ildə Qazaxıstan Respublikasında yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədi ilə yaradılıb. Assambleyanın sədri Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR