Dövlət müşaviri Vahid Axundov: «Azərbaycanda nağdsız ödənişlər üzrə vergi dərəcələri kəskin azaldıla bilər»

Dövlət müşaviri Vahid Axundov: «Azərbaycanda nağdsız ödənişlər üzrə vergi dərəcələri kəskin azaldıla bilər»
# 17 aprel 2013 07:36 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

Onu sözlərinə görə, ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər artıq Prezident Administrasiyasına təqdim edilib. Müşavir bildirib ki, hazırda nağdsız ödənişlərin ölkədə populyarlaşdırılması ilə bağlı işlər aparılır: «Bununla bağlı müxtəlif mexanizmlər üzərində işləyirik ki, bu mexanizmlər stimul yaratsın. Məsələn, sahibkarlar nağdsız ödənişlərlə işləyirsə, onların vergiləri azaldılsın. Bu o qədər də sadə məsələ deyil. Amma bunu etməliyik».

Nağd məbləğlərlə əməliyyatların məhdudlaşdırılmasına gəlincə, V.Axundovun sözlərinə görə, bu məhdudiyyətlər o qədər də sərt olmamalıdır: «Bu mühiti tədricən formalaşdırmaq lazımdır. Amma vaxt keçdikcə, belə tədbirlərə heç ehtiyac qalmayacaq. Biznes özü nağdsız ödənişlərə keçəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR