Avropa Parlamentinin vitse-prezidenti Ermənistana səfər edəcək

Avropa Parlamentinin vitse-prezidenti Ermənistana səfər edəcək
# 18 dekabr 2014 07:49 (UTC +04:00)

Bakı.Zümrüd Paşayeva – APA. Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski Ermənistana səfər edəcək. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, R. H. Çarnetski Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Artak Zakaryanın dəvəti ilə dekabrın 19-da Ermənistanda səfərdə olacaq. O, Ermənistan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR