Avropa Ittifaqı ölkələrinin daxili işlər nazirlərinin fövqəlada toplantısı olacaq

Avropa Ittifaqı ölkələrinin daxili işlər nazirlərinin fövqəlada toplantısı olacaq
# 15 noyabr 2015 18:07 (UTC +04:00)

Paris. Fuad Qulubəyli-APA. Bakı-APA. “Bu terror aktlarının sifarişi xaricdən gəlib, xaricdə hazırlanıb, iştirakçıları isə Belçika ərazisindən gəlib”.

APA-nın Parisə ezam olunmuş xüsusi müxbirinin verdiyi xəbərə görə, bunu Fransanın daxili işlər naziri Bernar Kazenöv Fransa-Belçika birgə istintaqı haqqında məlumat verərkən bildirib.

Nazir qeyd edib ki, terrorizmə qarşı mübarizədə Belçika ilə birgə işləyirlər.

Cümə günü Avropa Ittifaqı ölkələrinin daxili işlər nazirlərinin fövqəlada toplantısında üç əsad məsələnin müzakirə ediləcəyini söyləyən nazir bu mövzuları da açıqlayıb: “Avropa sərhədləri daxilində silah qaçaqmalçılığı ilə mübarizə, sərhədlər daxilində mütəmadi və koordinasiya şəkildə nəzarətlərin bərpa edilməsi vacibdir”.

Nazir eyni zamanda Aİ daxilində Şengen razılaşmasının yenidən nəzərdən keçirilə biləcəyinin də müzakirə ediləcəyini bildirdi. Bernar Kazenöv Aİ daxilində təyyarə uçuşları və sərnişinlər haqqında məlumatlarla bölüşmə sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə olunacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR