"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv təyin olunub

"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinə yeni üzv təyin olunub
# 24 iyun 2016 14:34 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Ziraat Bank Azərbaycan"ın rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics" xəbər verir ki, Fərid Əliyev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

F. Əliyev bankın səhmdarlarının aprelin 29-da keçirilən ümumi yığıncağında verilən yekdil qərarla bu vəzifəyə gətirilib.

İdarə Heyətinin yeni üzvü "APA-Economics"ə açıqlamasında bildirib ki, o, yeni vəzifəsində Alptəkin Sarıgölü əvəzləyəcək. Xatırladaq ki, A. Sarıgöl hazırda "Ziraat Bank"ın İstanbul filialının direktoru kimi çalışır.

Əlavə edək ki, F. Əliyev 2001-2006-ci illərdə Qafqaz Universitetində İqtisadiyyatın İdarə edilməsi fakültəsinin Bank işi ixtisası üzrə bakalavr təhsili alıb. Müxtəlif dövrlərdə Türkiyənin Sabancı universiteti və İsveçrənin Swiss Management Center universitetində ixtisasartırma kurslarında iştirak edib. Əmək fəaliyyətinə 2008-ci ilin fevral ayından “Yapı Kredi Bank” QSC-də başlayıb. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində aparıcı mütəxəssis və paralel olaraq bankın törəmə təşkilatı olan “Yapı Kredi İnvest” MMC-də direktor vəzifəsini icra edib. 2009-2013-cü illərdə “DəmirBank” ASC-də Xəzinədarlıq Departamentində rəhbər vəzifələrdə, 2013-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər isə “Paşa Bank” ASC-nin İnvestisiya Bankçılıq Departamentinin meneceri vəzifəsində çalışıb.

2015-ci ilin aprel ayından etibarən “Ziraat Bank Azərbaycan”da Xəzinədarlıq və Maliyyə İnstitutları vəzifəsində işləyib və cari ilin 14 iyun tarixindən etibarən isə İdarə Heyətinin üzvü vəzifəsini icra etməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR