Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
# 31 oktyabr 2015 11:41 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev məktubda Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbərdən dərindən kədərləndiyini bildirib.

Dövlət başçısı Azərbaycan xalqı adından və şəxsən öz adından rusiyalı həmkarına, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR