Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var   - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 08:25 (UTC +04:00)


Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolununun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib. 27 BJ 991 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın idarə etməni itirərək yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 24 yaşlı Turane Konut Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin sirkələnməsi, sol təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR