SOCAR qaz hasilatını 5%-dən çox artırıb

SOCAR qaz hasilatını 5%-dən çox artırıb
# 01 oktyabr 2015 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında SOCAR tərəfindən 605,4 min kubmetr qaz hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 5,27% çoxdur. Bu ilin iyun ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 6,10% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr, may ayında 576,1 min kubmetr, iyun ayında isə 570,6 min kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-iyul aylarında SOCAR tərəfindən ümumilikdə 3 mln. 977,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk yeddi ayı ilə müqayisədə 9,53% azdır.

Bu ilin iyul ayında bütün ölkə üzrə 2,468 mln. kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 7,33% azdır. Bu ilin aprel ayı ilə müqayisədə isə bu rəqəm 4,10% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2,496 mln. kubmetr, fevral ayında isə 2,33 mln. kubmetr, mart ayı üzrə 2 mln. 589,4 min kubmetr, aprel ayında 2 mln. 482,3 min kubmetr, may ayında 2 mln. 454,7 min kubmetr, iyun ayında isə 2,327 mln. kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-iyul aylarında bütün ölkə üzrə ümumilikdə 17 mln. 147,4 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin yeddi ayı ilə müqayisədə 4,54% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR