Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 May
# 15 may 2015 17:09 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olması bu koalisiyanın antiqərb mahiyyətini bir az da artırmış olacaq. Dehlinin bu qərarı eyni zamanda ABŞ-ın BRİCS daxilində parçalanma yaratma siyasətinin də iflasa uğraması deməkdir. Vaşinqton 10 illik hərbi müqavilələr təklif edərək Hindistanı Çin-Rusiya xəttindən ayırmaq istəsə də, Asiya regionunda böyük gücə çevrilməkdə olan bu ölkə Qərbin tələsinə düşmədi. Və antiqərb koalisiyasını gücləndirmək xəttinə üstünlük verdi. Çin, Rusiya, Braziliya, Cənubi Afrika Respublikası kimi Hindistanın da marağı iqtisadi əməkdaşlıq modellərini hərbi əməkdaşlıq modelinə transformasiya etməkdir. NATO-ya qarşı antiqərb hərbi koalisiyasının yaranması dünyanın təhlükəsizlik sistemində bir tarazlıq yaratmış olar, eyni zamanda ABŞ-ın təkqütblü dünya düzəni planlarının üzərindən xətt çəkər. Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatını seçməsini bu istiqamətdə ilk addım kimi dəyərləndirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR