Braziliya yığması DÇ tarixində ən ağır məğlubiyyətlə üzləşib: Braziliya – Almaniya - 1:7 - VİDEO

Braziliya yığması DÇ tarixində ən ağır məğlubiyyətlə üzləşib: Braziliya – Almaniya - 1:7  - <span style="color: red;">VİDEO
# 08 iyul 2014 23:53 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Braziliya – Almaniya görüşündə ilk finalçı müəyyənləşib.

Tərəflər dünya çempionatları tarixində yalnız 1 dəfə üz-üzə gəlib. Bu, 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialın finalında olub. Həmin vaxt Braziliya Almaniyanı Ronaldonun dublu ilə 2:0 hesabı ilə məğlub edərək, 5-ci dəfə dünya çempionu olmaqla, “pentakampeonlar” ləqəbini qazanmışdı.

12 ildən sonra tərəflər yenə üz-üzə gəliblər. Bu dəfə isə Braziliya meydan sahibi qismində almanlara qarşı mübarizə aparıb. Zədəli Neymar və cəzalı Tyaqo Silvanın oynamamasına baxmayaraq, braziliyalıların şansları Almaniyaya nisbətən üstün sayılırdı. Amma almanlar yarımfinal oyununda Braziliyaya heç bir şans verməyiblər. Almaniya 7:1 hesabı ilə möhtəşəm qələbə qazanıb. Bu, Braziliya millisinin tarixində ən böyük məğlubiyyət olub.

Komandalar bu görüşə qədər ümumilikdə 21 dəfə qarşılaşıb. Bu görüşlərdə Braziliyanın aşkar üstünlüyü hökm sürür. 12 matçda Cənubi Amerika, 4-də isə Avropa təmsilçisi qalib gəlib. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də braziliyalılar üstündür – 39:24.

DÇ-2014 , 1/2 final
9 iyul


Braziliya – Almaniya - 1:7

Qollar: Oskar, 90+2 - Müller, 11; Kloze, 23; Kroos, 24; 26; Hedira, 29; Şürle, 69; 79


Baş hakim: Marko Rodriges (Meksika)

Belo Horizonte. “Mineyran” stadionu

Braziliya: Sezar, Luis, Fernandinyo, Marselo, Halk, Fred, Oskar, Dante, Qustavo, Bernard, Maykon
Almaniya: Noyer, Hövedes, Hummels, Xedira, Şvaynştayqer, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR