APA-nın məlumatına görə, hadisə Kərim Kərimzadə küçəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Sakinlərin sözlərinə görə yanğından əvvəl partlayış səsi də eşidilib. Binada yaşayan sakinlər təcili təxliyə olunub. Yanğın zamanı binaya elektrik enerjisinin verilişi də dayandırılıb.
17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən elektrik şitində başlayan yanğın qısa zaman ərzində şiddətlənərək şaxtadan keçən bütün elektrik naqillərini və elektrik sayğaclarını əhatə edib.
Sakinlərin sözlərinə görə baş verən partlayışdan sonra binanın bütün bloklarını tüstü bürüyüb. Buna görə də sakinlər binanı tərk etməkdə çətinlik çəkiblər. Yanğın zamanı xəsarət alan olmasa da, mənzillərdə köməksiz qalan 10 nəfər xilas edilib. Bundan başqa, xilasedicilər 5-ci mərtəbədəki mənzillərdən birində boğulma təhlükəsi ilə üzləşən balaca Yusifi də xilas edərək valideyinlərinə təhvil veriblər.
Yanğınsöndürənlər alovun mənzillərə keçməsinin qarşısını alıblar.
Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər xilas, 20 nəfər təxliyə olunub - VİDEO
22 avqust 2014 01:56 (UTC +04:00)
Hadisə
Cəlilabadda canavarlar 6 qoyunu parçalayıb, 4-ü xəsarət alıb
17:11
18 may 2024
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub - YENİLƏNİB
15:44
18 may 2024
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - VİDEO
14:27
18 may 2024
Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO
14:13
18 may 2024