Əfsanəvi futbolçu Ronaldo karyerasını bərpa edə bilər

Əfsanəvi futbolçu Ronaldo karyerasını bərpa edə bilər
# 13 dekabr 2014 14:54 (UTC +04:00)

Bakı - APA. Braziliya futbolunun əfsanəvi hücumçusu Ronaldo karyerasını bərpa edə bilər.

APA-nın məlumatına görə, bu barədə Braziliyanın “Estadao” nəşri məlumat verib.

38 yaşlı Ronaldo ABŞ-ın ikinci divizionunda çıxış edən “Fort-Loderdeyl Straykers” (Fort-Loderdale Strikers) futbol klubunun sahiblərindən biridir. Nəşrin iddiasına görə, keçmiş hücumçu adıçəkilən klubun heyətində meydana çıxa bilər.

Qeyd edək ki, Ronaldo karyerasını 2011-ci ildə Braziliyanın “Korintians” klubunda başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR