İlhamə Quliyevanın köməkçisi həbsini əsassız sayır

İlhamə Quliyevanın köməkçisi həbsini əsassız sayır
# 09 iyul 2016 09:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynova prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və jurnalistlərə müraciət edib.

Bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkilin sözlərinə görə, M. Hüseynova müraciətində əsassız yerə həbs olunduğunu bildirib, ona köməklik etməsini xahiş edib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İyulun 8-də M. Hüseynova barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.


İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR