ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir"

ABŞ səfiri: “Vacib siyasi qərarları Azərbaycan və Ermənistan prezidentləri verməlidir"
# 19 dekabr 2014 11:49 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yollar tapmağa çalışır”. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu səlahiyyət müddəti başa çatan ABŞ-ın Ermənistandakı səfiri Con Heffern yekun mətbuat konfransında deyib.

Vasitəçilərin əsas məqsədinin tərəfləri müzakirə üçün bir masaya gətirməkdən ibarət olduğunu qeyd edən diplomat vacib siyasi qərarların prezidentlər səviyyəsində verilməli olduğunu söyləyib: "İkitərəfli əməkdaşlıq üçün başqa formatlar da var. Həmsədrlər də prezidentlər səviyyəsində təmasları gücləndirəcək bu formatları tapmağa çalışır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR