ABŞ-ın məşhur musiqi qrupu Lənkəranda çıxış edib - FOTOSESSİYA

ABŞ-ın məşhur musiqi qrupu Lənkəranda çıxış edib - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2014 10:12 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında geniş konsert proqramı ilə çıxış edib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdən öncə qeyd olunub ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır, eləcə də belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir. Bildirilib ki, Meri onun “No One’s Gonna Love You like Me” (“Səni heç kəs mənim kimi sevməyəcək”) adlı mahnısının Akademiya mükafatını almış “Brokeback Mountain-Qozbel Dağ” filmində ifasına görə qalib elan olunub və Elton Con tərəfindən onun 35 illiyinə həsr edilmiş “Goodbye Yellow Brick Road” adlı konsertində ifa etmək üçün seçilib. Meri “Home Tour” adlı tur təsisçisidir və bu tur çərçivəsində canlı musiqidən məhrum olan insanların evlərində musiqi konsertləri təşkil edir. “Vaşinqton Post” qəzetinin qeyri-adi adlandırdığı bu tur ABŞ-ın hər yerində və xaricdə “insanların ev saydığı yerlərdə” olub və bura sağlamlığa qayğı mərkəzləri, kimsəsiz evləri, uşaq evləri, həbsxanalar, yaşayış icmaları, HİV-QİÇS-ə yoluxmuş insanlar üçün fəaliyyət göstərən evlər daxildir.

Bununla Azərbaycanda ikinci dəfə çıxış edən "Meri Mak Brayd" musiqi qrupu konsertdə ən çox sevilən mahnılarını lənkəranlılara təqdim edib.

Konsert zamanı Meri Mak Brayd və qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR