Binəqədidə Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü münasibəti ilə tədbir keçirilib

Binəqədidə Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü münasibəti ilə tədbir keçirilib
# 24 iyun 2016 08:47 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “26 iyun Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibəti ilə tədbir keçirilib.

Binəqədi İH-dən APA-ya verilən məlumata görə, tədbirin rəsmi hissəsindən öncə rayon ümumtəhsil məktəblərinin şagirdlərinin narkomaniyanın cəmiyyətə zərərlərini əks etdirən mövzuda əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbiri giriş nitqi ilə Binəqədi rayon İH başçısının müavini Vüsar İsmayılov açıb.

Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev tədbirin əhəmiyyətindən danışıb, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Binəqədi İH başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının katibi Elman Dadaşov 2016-cı ilin altı ayı ərzində bu istiqamətdə görülən işlər barədə məruzə ilə çıxış edib.

Daha sonra tədbirdə ekspert qismində iştirak edən Polis Akademiyasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovnik-leytenantı Rafiq Nəcəfquliyev və Respublika Narkoloji Mərkəzinin həkimi Asif Kəngərli narkomaniyanın törətdiyi bəlalardan bəhs ediblər.

Sonda İH başçısının müavini Vüsar İsmayılov respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Binəqədi rayonunda da daimi xarakter daşıdığını qeyd edib.

Vurğulayıb ki, Binəqədi rayon İH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri daxil edilib.

Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Komissiyada mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir, məktəblilər, yeniyetmələr, şagird və tələbələr arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR