Bank Of Baku

Ötən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub

Ötən ay Əfqanıstanda rekord sayda xarici hərbçi həlak olub
# 01 iyul 2008 10:40 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov-APA. Cari ilin iyununda Əfqanıstanda ən azı 45 xarici hərbçi həlak olub. APA-nın “Associated Press”ə istinadən yaydığı məlumata görə, bu, 2001-ci ildən bəri rekord rəqəm sayılır. Həlak olanların arasında 27 ABŞ və 13 İngiltərə əsgəri var. Ötən ay İraqda isə 31 xarici hərbçi, o cümlədən 29 ABŞ hərbçisi həlak olub. Qeyd edək ki, hazırda Əfqanıstanda NATO-nun 65 minlik kontingenti fəaliyyət göstərir, onun tam yarısı ABŞ hərbçilərdən ibarətdir. İraqda isə 144 minlik ABŞ qoşunu var. Bundan əlavə orada 4 min İngiltərə əsgəri və digər ölkələrin kiçik bölmələri yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR