“Jerusalem Post” qəzeti: İsrail əhalisinin yalnız 18%-i İrana hücum edilməsinin tərəfdarıdır
05 iyun 2012 11:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsrail əhalisinin 52%-i İrana hücum edilməsinin əleyhinədir. APA-nın məlumatına görə, İsrailin “Jerusalem Post” qəzeti ölkədə aparılan ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Xəbərdə bildirilib ki, sorğuda iştirak edənlərin 52%-i İranın nüvə məsələsinin həlli üçün Təl-Əvivin bütün diplomatik yollardan istifadə etməsinin tərəfdarıdır. Eyni sorğunun nəticələrinə görə, israillilərin 18%-i İrana hərbi müdaxilənin tərəfdarıdır. Onlar İranın nüvə silahı ilə İsraili yox etmək istədiyinə inandıqlarını bildiriblər. Əhalinin 32% isə qeyd edib ki, İran nüvə silahına sahib olduğu zaman Təl-Əvivi təhdid edəcək olsa da, İsrailə qarşı istifadə etməyəcək.
Asiya
İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib
01:52
19 may 2024
Çin kəşfiyyatı kosmik sektorda casusluq hallarını üzə çıxarıb
00:47
19 may 2024
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
21:35
18 may 2024
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024