Rəfsəncani: “Müzakirələrin uğurlu nəticəsi Qərbin İranın sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqını tanımasından keçir”

Rəfsəncani: “Müzakirələrin uğurlu nəticəsi Qərbin İranın sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqını tanımasından keçir”
# 07 iyun 2012 17:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İranla “altılıq” ölkələri arasında aparılan müzakirələrdən danışıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, o deyib ki, İranla “altılıq” ölkələri arasında aparılan müzakirələrin uğurla nəticələnməsi Qərbin Tehranın sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqını tanımasından və sanksiya, təhdid və təzyiq üsullarından əl çəkməsindən keçir: “Hazırda tərəflər arasında müzakirələr qeyri-bərabər səviyyədə keçirilir. Çünki təzyiqlər müzakirələrin bərabər şəkildə aparılmasına imkan vermir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR