Bank Of Baku

İranlı deputat: “İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək müzakirələr heç bir nəticə verməyəcək”

İranlı deputat: “İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək müzakirələr heç bir nəticə verməyəcək”
# 09 iyun 2012 09:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında iyunun 18-19-da Moskvada keçiriləcək müzakirələr heç bir nəticə verməyəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kövsəri bildirib. Onun sözlərinə görə, buna səbəb ABŞ, Böyük Britaniya və Fransanın İranla bağlı mövqeyidir: “Çünki bu ölkələr İrana təzyiq etməklə bir nəticəyə varmaq istəyirlər. Bu durumda isə müzakirələrdən hansısa bir sonuc gözləmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR