İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaranıb

İranla Səudiyyə Ərəbistanı arasında gərginlik yaranıb
# 14 iyun 2012 11:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Əmir Abdullahiyanın Səudiyyə Ərəbistana səfəri ləğv olunub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, buna səbəb narkotik maddələrin satışında və qaçaqmalçılığında və digər cinayətlərdə günahlandırılan 8 nəfərdən çox İran vətəndaşının Səudiyyə Ərəbistanında edam edilməsidir. H. Abdullahiyanın məhz Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəlin dəvəti ilə iyunun 13-də bu ölkəyə səfər etməli idi.

Qeyd edək ki, bir müddət əvvəl S. əl-Feysəl iranlı həmkarı Əli Əkbər Salehiyə həmin şəxslərin edam olunmayacağına dair söz verib. İyunun 11-də isə bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanının Tehrandakı müvəqqəti işlər vəkili Həsən Zeyd İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR