İran prezidentinin baş müşaviri: “Uranı zənginləşdirmək Tehranın təbii haqqıdır”
15 iyun 2012 16:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran “altılıq” ölkələrinin İstanbul və Bağdad müzakirələrində əldə olunmuş razılaşmalara sadiq qalacaqlarına ümid edir. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidentinin baş müşaviri Seyid Müctəba Səmərə Haşimi deyib.
Onun sözlərinə görə, İran Moskvadakı müzakirələrdə konstruktiv mövqe nümayiş etdirməyə hazırdır: “İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) əsas üzvlərindən biridir və kütləvi qırğın silahlarının yayılmamasına dair NPT müqaviləsini imzalayıb. Bu qanunlara uyğun olaraq uranı zənginləşdirmək İranın təbii haqqıdır və bununla bağlı müzakirələrin aparılmasına ehtiyac yoxdur. İranın AEBA ilə bütün əməkdaşlıqları NPT müqaviləsi və agentliyin əsasnaməsi çərçivəsindədir”.

Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024