Bank Of Baku

İran prezidenti Mahmud Əhmədinejad siyasətdən gedəcəyini açıqlayıb

İran prezidenti Mahmud Əhmədinejad siyasətdən gedəcəyini açıqlayıb
# 17 iyun 2012 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, 55 yaşında olan M. Əhmədinejad Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində 2013-cü ildə prezidentlik müddəti bitdikdən sonra siyasəti buraxmaq istəyində olduğunu açıqlayıb: “Fikrimcə, 8 il kifayətdir. Akademiyaya geri dönməyi düşünürəm. Bəlkə universitetdə siyasi fəaliyyətlə məşğul olaram. Ancaq hər hansı bir siyasi partiya və ya qrup yaratmayacağam”.

Qeyd edək ki, M. Əhmədinejad iki dəfə İran prezidenti seçilib. Bundan əvvəl Tehran Elm və Texnologiya Universitetində dərs deyən İran prezidenti 1997-ci ildə bu ali təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə edib.

İran Konstitusiyasına görə, prezident 4 il müddətinə seçilir və üçüncü dəfə namizədliyini irəli sürə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR