ETTELAAT rəhbəri: “İranda nüvə alimlərinin qətli ilə bağlı 20 nəfər həbs olunub”

ETTELAAT rəhbəri: “İranda nüvə alimlərinin qətli ilə bağlı 20 nəfər həbs olunub”
# 18 iyun 2012 08:02 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda nüvə alimlərinə qarşı həyata keçirilmiş sui-qəsddə günahlandırılan 20 nəfər həbs olunub. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehi açıqlama verib. O bildirib ki, ETTELAAT əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində iki terrorçu qruplaşmanı zərərsizləşdirməyə müvəffəq olublar: “Terrorçu qruplaşmalar İsrail kəşfiyyatı ilə birbaşa təmasda və əlaqədə olub. İnformasiyaların əksəriyyəti İrandan xaricdə toplanıb. Onlar iranlı vətəndaşlara qarşı terror aktını tək törətməyiblər. Burada ABŞ və Böyük Britaniyanın kəşfiyyat orqanları olan CIA və Mİ6-nın də imkanlarından istifadə olunub”.

H. Moslehi bəyan edib ki, İsrail İranın qonşusu olan ölkələrdən birində terrorçulara təlim keçir və orada hərbi qarnizona malikdir: “Bununla yanaşı, ABŞ, İsrail və Böyük Britaniyanın ortaq əməliyyat qərargahı həmin ərazidə mərkəzləşib və İrana qarşı bir sıra müəyyən planlar hazırlayaraq həyata keçirilir”.

Qeyd edək ki, İranda 2010-cu ildən bəri 5 nüvə alimi qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR