İranda spirtli içki qəbul edən 2 nəfər edam cəzasına məhkum edilib
25 iyun 2012 07:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Xorasan Məhkəməsi spirtli içki qəbul edən 2 nəfər barəsində ölüm hökmü çıxarıb. APA-nın məlumatına görə, bu barədə Xorasan Məhkəməsinin rəisi Seyid Həsən Şəriəti jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, edam cəzasına məhkum edilən 2 şəxs üçüncü dəfə içkili halda yaxalanıb: “İranda spirtli içkilərin qəbulu və satışı qadağandır. Bu iki nəfər təkrarən içkili halda yaxalanıblar. Odur ki, məhkəmə onları edam cəzasına məhkum edib. Xorasan Məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən də təsdiq edilib. Ölüm hökmü qanunlara uyğun şəkildə icra ediləcək”.
Asiya
KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb
06:48
29 may 2024
İstanbulun üç körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO - VİDEO
23:01
28 may 2024
İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb
15:27
28 may 2024
Məhəmməd Qalibaf yenidən İran parlamentinin sədri seçilib
10:08
28 may 2024