Bank Of Baku

Türkiyədə bu gün 353 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə bu gün 353 nəfər COVID-19-dan həyatını itirib
# 27 aprel 2021 00:10 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 353 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb. 

Son 24 saatda 37 312 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 563 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə  bu infeksiyadan ümumilikdə  38 711 nəfər ölüb.    

Türkiyədə indiyədək 4 667 281 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 121 671-i müalicə olunaraq sağalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR